Icma.az
close
up
RU
Manatın dövretmə sürətinin azalıb ... Hər şey 2015 ci il devalvasiyası ərəfəsindəki günləri xatırladır

Manatın dövretmə sürətinin azalıb ... Hər şey 2015 ci il devalvasiyası ərəfəsindəki günləri xatırladır

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Nə hikmətdirsə, dövlət qurumlarının açıqladığı statistik göstəricilər nikbinlikdən bəhs etmir. Rəqəmlər barədə düşünəndə sosial-iqtisadi vəziyyətin pisləşməsinin gerçək rənglərini aydın görmək olur. Mərkəzi Bankın açıqlamaları ayrıca narahatlıq yaradır. Sanki qurum hansısa həqiqəti söyləmək istəyir, amma hamının başa düşəcəyi ifadələrdən qaçır.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bank bu dəfə manatın dövretmə sürətinin azaldığını açıqlayıb. Əhalinin bunu necə başa düşməli olması barədə açıqlama verilməyib. Sadəcə, əlavə edilib ki, son 17 il ərzində belə aşağı sürət 2015-ci ilin ilk devalvasiyası ərəfəsində qeydə alınmışdı.

Nə deməkdir bu? Hər şeydən əvvəl o qənaətə gəlmək olar ki, ölkədə istehsal kağız üzərində göstərildiyi qədər deyil. Yəni iqtisadi münasibətlər arzuolunan səviyyədə görünmür. Əhalinin real gəlirlərinin azalmasını da bura əlavə etmək olar. İnsanların qazancı konkret istiqamətlər üzrə xərclənir. Böyük ehtimalla daha çox ərzaq və kommunal xidmətlərin ödənilməsi üçün. Ən vacib məqam isə 2015-ci ilin ilk devalvasiyası ərəfəsində yaşananların indi hiss olunmasıdır. Mərkəzi Bank etiraf edir ki, vəziyyət 10 il əvvəlki kimi pisdir.

Vəziyyətin pis olmasına eyham vuran daha bir məsələ ölkədə azı 250 min nəfərin ərzağı nisyə əldə etməsidir. Bu da rəsmi məlumatlarda yer alıb. Təkcə bu statistika əhalinin sosial vəziyyətinin hansı gündə olduğunu aşkar göstərir. Xüsusilə bölgələrdə durum ürəkaçan deyil. Ərzağın nisyə əld edilməsi statistikasında da Abşeron yarımadasından kənardakı mürəkkəb situasiya diqqət çəkir.

Hər şey 10 il əvvəl baş vermiş devalvasiya ərəfəsindəki günləri xatırladır. Sanki manatın növbəti dəfə dəyər itirəcəyinə sayılı günlər qalıb. Beyləlxalq fondlar devalvasiyanın ən tezi yaz günlərində baş verəcəyini proqnozlaşdırır. Neftin qiymətinin aşağı düşəcəyi gözlənilir. Proqnozlar çox kədərli səslənir. Bircə bu qışdan çıxa bilsəydik...

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Fevral 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri