Icma.az
close
up
RU
Manatın məzənnəsində dəyişiklik olacaq?

Manatın məzənnəsində dəyişiklik olacaq?

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

O bildirib ki, dünya bazarında neftin orta qiyməti 64-65 ABŞ dolları olsa, bu, həm cari əməliyyatlar balansı, həm də dövlət büdcəsinin xərcləri nöqteyi-nəzərindən məqbuldur.

Bu məsələ ölkənin tədiyə balansı üzrə ehtiyat aktivlərinin vəziyyətini aktuallaşdırır. Ehtiyat aktivlər ölkənin strateji valyuta ehtiyatlarının artıb-azalmasını ifadə edir. Tədiyə balansı ilə bağlı ən son məlumat 2025-ci ilin 9 ayını əhatə edir. Həmin dövrdə sözügedən ehtiyat aktivlərdə 1 milyard 125 milyon ABŞ dolları məbləğində kəsir qeydə alınıb.

Xarici valyutanın qızıl alışına yönəldilməsi, həmçinin bu qiymətli metalın bahalaşması fonunda ölkənin valyuta aktivləri artır. Təsadüfi deyil ki, 2025-ci ildə Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 14 milyard dollar artaraq 85,1 milyard dollara çatıb.

İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirir ki, manatın məzənnəsi ABŞ dollarına uyğunlaşdırıldığı üçün dolların digər valyutalara qarşı dəyərində baş verən dəyişikliklər Azərbaycanın milli valyutasına da təsir göstərir.

"Neft Fondunun ehtiyatlarına gəlincə isə ötən il Azərbaycanda neft satışından, eləcə də neft və qazdan əldə olunan dollar gəlirləri əvvəlki maksimal dövrlərlə müqayisədə daha aşağı olub. Bu göstəricilər nə 2010-cu illərdəki neft bumu dövrü, nə də 2021-2022-ci illərdə neft və qaz qiymətlərinin kəskin artdığı mərhələdəki səviyyədədir. Hazırkı ehtiyatlar əvvəlki dövrlərlə müqayisədə daha az olsa da, ümumilikdə kifayət qədər etibarlı hesab olunur", - deyə o bildirib.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar, təbii qazın 1 000 kubmetri isə 440 dollar nəzərdə tutulub. Mərkəzi Bank isə 2026-cı ildə neftin bir barelinin orta qiymətinin 64 dollar, qazın 1 000 kubmetrinin isə 269 dollar olacağını proqnozlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Fevral 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri