Icma.az
close
up
RU
Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

Manatın ucuzlaşması ilə bağlı MÜHÜM AÇIQLAMA

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlər, xüsusən də Trampın tariflərlə bağlı atdığı addımlar fonunda dolların kursu digər aparıcı valyutalara nisbətdə bir qədər zəifləyib.

Buna baxmayaraq, Tramp idolların kursunu daha da ucuzlaşdırmaqda israrlıdır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, istəsə, Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauell vəzifəsini tərk etmək məcburiyyətində qalacaq.

Tramp onun işin öhdəsindən gələ bilmədiyini düşünür: “O, gecikir, həmişə çox gecikir. O, bir az ləngdir və mən ondan razı deyiləm”.

Ağ Ev rəhbəri həmçinin faiz dərəcəsinin aşağı salınmasını zəruri hesab etdiyini vurğulayıb: "Ola bilsin ki, o (Federal Ehtiyat Sisteminin rəhbəri – red.) uçot dərəcəsini aşağı salsın. Çünki hesab edirəm ki, Avropa bunu edibsə, deməli, bu, bizi onlarla müqayisədə əlverişsiz vəziyyətə salır. Yəni o, onların əlinə oynayır. Ona görə də hesab edirəm ki, o, uçot dərəcəsinin aşağı salınmasına getməlidir. Düşünürəm ki, nə vaxtsa o, bunu edəcək, ona böyük siyasi təzyiqlər olacaq".

Görəsən, dolların ucuzlaşması fonunda manatı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, dolların zəifləməsi və yaxud möhkəmlənməsinin manata təsiri bloklanıb:

“Manat hələ ki, hökumət tərəfindən tənzimlənir. Belədə ölkə daxilində manatın məzənnəsinin dolların kursuna uyğun olaraq sabit saxlanılmasına çalışırlar. Trampın istəyinə uyğun dolların kursu aşağı salınarsa, Azərbaycan hökuməti bu zaman da prosesi asanlıqla tənzimləyəcək. Yəni dollar ucuzlaşacağı təqdirdə, onunla manat arasında mövcud sabitliyi saxlamaqdan ötrü hökumət hərraca bir qədər az dollar çıxartmaqla həmin fərqi aradan qaldıra bilər.

Bir sözlə, manatla bağlı proses tənzimləndiyindən dolların zəifləməsi və yaxud möhkəmlənməsinin mili valyutanın kursuna hər hansı bir təsiri yoxdur”.

Ekspert qeyd edib ki, hökumət bu siyasəti indi də davam etdirir və bunun üçün imkanları da var:

“Ölkəmizin strateji aktivləri 60 milyard dollara bərabərdir. Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə 11 milyard manatdan çoxdur. Belə bir şəraitdə hökumət hər ay hərraca 600-700 milyon dollar vəsait çıxara bilir. Bu da manatın sabitliyini təmin edir. Dollar digər valyutalara nisbətdə zəiflədiyi təqdirdə isə, hərraca çıxarılan vəsaitin həcmini bir qədər azaltmaqla vəziyyəti tənzimləmək mümkündür. Yəni dolların zəifləməsi və ya möhkəmlənməsinin manata təsiri yoxdur. Manat dolların mövqeyi və hərəkətindən asılı deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri