Icma.az
close
up
RU
Manatla bağlı MÜHÜM AÇIQLAMA: Devalvasiya riski...

Manatla bağlı MÜHÜM AÇIQLAMA: Devalvasiya riski...

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada artan geosiyasi gərginlik qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyi artırıb. Analitiklər hesab edir ki, belə proseslər bir çox ölkələrin milli valyutalarına da təsir göstərə bilər. Bu baxımdan mövcud vəziyyətin Azərbaycan manatının sabitliyinə və ölkədə valyuta bazarına mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.

Mövcud geosiyasi vəziyyət manatın sabitliyinə və valyuta bazarına təsir göstərə bilərmi?

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib:

“İndiki geosiyasi vəziyyətdə iki proses gedir. İran, Amerika və İsrail müharibəsi əsnasında Hörmüz körfəzi bağlanıb. Oradan dünyaya neft hasil ola bilmir. Buna görə də neftin qiyməti qalxıb. Bu, Azərbaycanın xeyrinədir”.

Bizim valyuta ehtiyatımızın artdığını vurğulayan ekspert əlavə edib:

“Deməli, manat üçün heç bir təhlükə yoxdur. Əksinə, biz hələ gələcək dövr üçün də daha çox valyuta toplayaraq zənginləşirik”.

“Digər tərəfdən də bu konfliktlər Amerikanın dünyadakı etibarlılığını və nüfuzunu aşağı salır. Onsuz da dollar dünyada 10 faiz düşmüşdü. İndi dolların daha da aşağı düşmə ehtimalı var. Bu da bizim üçün yaxşıdır. Manat dollara münasibətdə daha baha olmalıdır. Amma biz indiki məzənnəni süni yolla saxlamışıq. Hazırda yürüdülən məzənnə siyasəti üçün tam uyğun bir vəziyyətdir. Dollarla müqaisədə milli valyuta sabit qalacaq. Amma digər valyutalara nisbətdə dəyişiklik ola bilər”, — deyə Əkrəm Həsənov sonda vurğulayıb.

İqtisadçı Xalid Kərimli isə deyib ki, baş verən proseslər, ABŞ-İran, Rusiya-Ukrayna müharibəsi manatın məzənnəsi üçün xüsusi təhlükə yaratmır. 2025-ci ilin statistikası göstərir ki, əhalinin manata olan marağı və etibarı artıb:

“Depozitlərin strukturunda manatın xüsusi çəkisi son 20 ildə ən yaxşı vəziyyətdədir. Eyni zamanda nəğd dollar alış-satış bazarında istiqamət dollar satışınadır. Əhali daha çox dollar satır. Həmçinin ölkəyə girən dollar çıxan dollardan daha çoxdur. Hazırda manata qarşı təzyiq ola bilməz. Nəzərə alsaq ki, müharibə qazın və neftin də qiymətini qaldırıb. Bu baxımdan da hər hansı bir risk yoxdur”, — deyə Xalid Kərimli sonda qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Mart 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri