Manatla verilən kreditlər BAHALAŞDI YENİ FAİZLƏR
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda manatla verilən kreditlər üzrə faiz dərəcələrində artım müşahidə edilir.
Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın əvvəlində manatla verilən yeni kreditlər üzrə orta faiz dərəcəsi 17 faizi ötüb. Son 4 ildə yeni verilən kreditlərdə belə yüksək orta faiz dərəcəsi qeydə alınmamışdı.
Bir il əvvəl manatla orta faiz dərəcəsi 15,14 faiz, 2020-ci ildə isə 14,7 faiz təşkil edirdi.
Son məlumata əsasən, kreditlər üzrə faizlər 17,07-ə çatıb. Manatla kreditlərin bahalaşmasını əmanətlər üzrə faizlərin yüksəlməsi və kreditlərə olan tələbin artması ilə izah etmək olar. Son bir ildə banklar manatla əmanətləri daha yüksək faizlərlə cəlb edirlər.
Banklar kredit üçün ayırdığı vəsaitin bir hissəsini əmanətlər üzrə cəlb etdikləri vəsaitlə verdiyindən burada faizlərin artması kredit faizlərinə də təsir edib. Bu amillə yanaşı, kredit qoyuluşunun artması da faizləri yüksəldib.
Son aylarda bankların manatla kredit qoyuluşunun həcmi 3 milyard manat artaraq 22,8 milyard manata çatıb.
Kredit qoyuluşunun artması kreditlərə tələbin yüksəlməsi ilə bağlıdır ki, bu da faizlərə artırıcı təsir edir.
Vasif
Sfera.az
Baxış sayı:89
Bu xəbər 26 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















