Icma.az
close
up
RU
Manatlıq taksi istifadəçilərinə MÜHÜM XƏBƏR İyuldan etibarən...

Manatlıq taksi istifadəçilərinə MÜHÜM XƏBƏR İyuldan etibarən...

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda fəaliyyət göstərən və “manatlıq taksilər” kimi tanınan nəqliyyat vasitələri şəhər sakinləri arasında geniş istifadə olunur. Ekspertlər və rəsmilər bu nəqliyyat növünü qeyri-qanuni sərnişindaşıma kimi qiymətləndirərək nəzarət tədbirlərini gücləndiriblər. Lakin vətəndaşlar, xüsusilə aztəminatlı ailələr bu cür sərfəli nəqliyyat xidmətinə ehtiyac duyduqlarını bildirir və manatlıq taksilərin saxlanılmasına etiraz edirlər.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ölkədə istehsal tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəyi ilə bağlı qərarı ötən ilin iyulun 1-dən qüvvəyə minib. Qanun ötən il qüvvəyə minsə də, artıq bir müddətdir Bakıdan Sumqayıt və Abşeron istiqamətinə sərnişindaşıma ilə məşğul olan sürücülərin hələ də sərnişin daşıma ilə məşğul olduğu görünür.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı News24.az-a açıqlamasında bildirib ki, əgər ictimai nəqliyyat sistemi səmərəli şəkildə işləsəydi, “manatlıq taksilər”ə ehtiyac qalmazdı:

“Masazır, Xırdalan, Sulutəpə – bu kimi ərazilərin elə hissələri var ki, oraya marşrut xətləri fəaliyyət göstərmir. Bəzən isə həmin yerlər o qədər xaotik şəkildə tikilib ki, iri tutumlu avtobuslar bu ərazilərə daxil ola bilmir. Bu səbəbdən həmin qəsəbələrdən paytaxt istiqamətində hərəkət edən sərnişinlər üçün yeganə çıxış yolu qeyri-rəsmi taksilərdən istifadə etmək olur".

Ekspert xüsusilə “20 Yanvar” metrostansiyasının qarşısında yaşanan nəqliyyat sıxlığına toxunaraq deyib:

“'20 Yanvar' körpüsünün altı sanki bazara çevrilib. Həmin ərazilərdə sərnişinlər düşürülür və taksilər geri qayıdır. Baxırsan ki, '20 Yanvar' dairəsinin ortasında insanlar topa halda gəzir. Çünki manatlıq taksilər onları Ceyranbatan, Sumqayıt, Masazır və digər ərazilərdən gətirib orada düşürür”.

O qeyd edib ki, bu vəziyyət ictimai nəqliyyatın problemindən qaynaqlanır və problemin səbəbi yox, nəticəsi “manatlıq taksilər”dir:

“Əgər bu nəqliyyat vasitələri olmasa, insanlar yolda qalacaq. Deməli, bu – marşrut çatışmazlığının, nəqliyyat planlamasının düzgün aparılmamasının nəticəsidir. Belə olan halda, həmin ərazilərdə manatlıq taksilər üçün hüquqi və texniki şərait yaradılmalıdır”.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri