Mançester Siti 18 yaşlı futbolçu ilə razılaşdı
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mançester Siti” qış transfer pəncərəsində heyətini gücləndirmək üçün işləri davam etdirir.
QOL.az xəbər verir ki, "şəhərlilər" özlərinə lazım olan futbolçunu Braziliyada tapıblar.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. "Mançester Siti" “Palmeyrası”ın 18 yaşlı müdafiəçisi Vitor Reisi transfer etməyə yaxındır. İngiltərə təmsilçisi "Palmeyras"la danışıqlar aparır.
Bildirilir ki, Vitorla artıq uzunmüddətli müqaviləyə dair razılıq əldə olunub. "Palmeyras" futbolçusunun “Mançester Siti”yə keçmək istəyi barədə məlumatlıdır. Klublar arasında bonuslarla bağlı danışıqlar davam edir. Transferin ümumi dəyəri isə təxminən 40 milyon avro olacaq.
Qeyd edək ki, Reis "Palmeyras" akademiyasının yetirməsidir. O, əsas komandanın heyətində 22 oyun keçirib və 2 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Yanvar 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















