“Mançester Siti” Holanla müqaviləni 10 il uzatdı Fotolar
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
İngiltərənin “Mançester Siti” klubu norveçli hücumçu Erlinq Holanla müqaviləni 2034-cü ilə qədər uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti “X” sosial media səhifəsində bildirib.
“Erlinq Holanın “Mançester Siti” ilə müqaviləsini 2034-cü ilə qədər uzatdığını elan etməkdən məmnunuq”, - deyə mətbuat xidməti qeyd edib.
Futbolçunun maaşı klubda ən böyük maaş olacaq. Belə ki, bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu bildirilir.
Qeyd edək ki, 24 yaşlı Holan bu mövsüm klubda bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.
Xatırladaq ki, norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.


Bu mövzuda digər xəbərlər:Mançester Siti onunla müqaviləni uzatdı
04 Oktyabr 2025 10:05
“Mançester Siti” onunla müqaviləni uzadacaq
05 Avqust 2025 15:37
“Mançester Siti” müdafiəçisi ilə müqavilə uzatdı
22 Avqust 2025 15:57
“Mançester Siti” İlkay Gündoğanla müqavilə uzatdı
14 Aprel 2025 12:20
Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzatdı
22 Noyabr 2024 10:11
Baxış sayı:130
Bu xəbər 17 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















