Mançester Siti ispan yarımmüdafiəçini Real a satmayacaq
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçi Rodrini komandanın əsas oyunçusu hesab edir. Sport24.az xəbər verir ki, bununla bağlı insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, ingilis klubu 29 yaşlı ispaniyalı futbolçunu satmağı düşünmür. Futbolçunun "Real"ın maraq dairəsində olmasına baxmayaraq, "şəhərlilər" "Kral klubu"nun transfer təkliflərini nəzərdən keçirməyəcək.
Qeyd edək ki, Rodri 2019-cu ilin yayında 70 milyon qarşılığında Madrid "Atletiko"sundan "Mançester Siti"yə keçib. Yarımmüdafiəçi bu mövsüm 24 oyunda meydana çıxıb və iki qol vurub.
Bu mövzuda digər xəbərlər:“Mançester Siti” “Real”a qarşı
11 Fevral 2025 07:01
“Mançester Siti”dən “Real”a yollanacaq?
20 Dekabr 2024 23:36
“Mançester Siti”dən “Real”a təklif
12 Avqust 2025 15:03
Çelsi yarımmüdafiəçini Mançester Yunayted ə satmayacaq Palmer toxunulmazdır
24 Yanvar 2026 00:26
Arsenal Mançester Siti nin istədiyi müdafiəçini satmayacaq
15 Yanvar 2026 16:32
Baxış sayı:122
Bu xəbər 09 Mart 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















