“Mançester Siti” kapitanın əvəzləyicisini tapıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC
İngiltərənin “Mançester Siti” komandası kapitanı Kayl Uolkerin əvəzləyicisini müəyyən edib.
AZƏRTAC xəbər verir ki, “şəhərlilər” “Nottinqem Forest”in müdafiəçisi Ola Ainanı transfer edəcək. Baş məşqçi Xosep Qvardiola müdafiənin hər iki cinahında oynamaq bacarığı olan futbolçunu komandasında görmək istəyir.
Qışda nigeriyalı oyunçu və komanda arasında müqavilə şərtləri ilə bağlı danışıqlar olacaq.
Ola Ainanın “Nottinqem Forest”lə sözləşməsi 2025-ci ilin yayında başa çatacaq. O, bu mövsüm 18 oyunda 2 qolla yadda qalıb.
Qeyd edək ki, Kayl Uolkerin “Mançester Siti” ilə müqaviləsi növbəti mövsümün sonunda yekunlaşacaq.

”Mançester Siti” axtardığını Almaniyada tapıb
25 Mart 2025 18:01
“Mançester Siti” 4 mövqeyə futbolçu axtarır AZƏRTAC
19 Dekabr 2024 16:11
“Mançester Siti” Qvardiola ilə müqavilə müddətini uzadıb AZƏRTAC
22 Noyabr 2024 00:39
Premyer Liqa: Mançester Siti Lesteri məğlub edib AZƏRTAC
29 Dekabr 2024 21:10
Mançester Siti Mançester Yunaytedin futbolçusunu istəyir
24 Dekabr 2024 14:31

