Mançester Siti Ndiayeni gətirir
Fanat saytına istinadən Icma.az xəbər verir.
“Mançester Siti” “Everton”un seneqallı vingeri İliman Ndiayenin transferi ilə bağlı razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Mançester təmsilçisi 26 yaşlı futbolçu üçün 60 milyon funt-sterlinq ödəyəcək. Müqavilədə əlavə olaraq 5 milyon funt-sterlinq bonusların da yer aldığı bildirilir.
Ndiayenin keçidi “Mançester Siti”nin “Liverpul”dan Kodi Qakponu transfer etmək cəhdinin nəticəsiz qalmasından sonra gündəmə gəlib.
İlimanın tibbi müayinədən keçdikdən sonra “Mançester Siti” ilə müqavilə imzalaması gözlənilir.
Seneqallı futbolçu 2024-cü ildə “Marsel”dən “Everton”a keçib. O, ötən mövsüm Premyer Liqada 6 qola imza atıb.
Əlisahib İbrahimli
Baxış sayı:74
Bu xəbər 01 Sentyabr 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















