Mançester Siti nin azarkeşlərinə müjdə: Qızıl top un sahibi yaşıl meydana döndü
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mançester Siti"nin azarkeşləri komandanın zədəli ulduzu Rodri ilə bağlı sevindirici xəbər alıblar.
Fanat.Az xəbər verir ki, ötən ilin sentyabrında ön xaçvari diz bağları qopduğu üçün uzun müddət kənarda qalan ispaniyalı yarımmüdafiəçi cari mövsümün sonuna qədər yaşıl meydana qayıda bilər.
Məlumatı "Manchester Evening News" yayıb. Təcrübəli yarımmüdafiəçi artıq fərdi məşqlərə başlayıb. Klubdan xəbəri təsdiq ediblər. Halbuki, 28 yaşlı futbolçu üçün mövsümün bitdiyi deyilirdi. O, iyunun 14-də başlayacaq Klublararası Dünya Çempionatına qədər formasını bərpa etmək istəyir.
Komandanın baş məşqçisi Xosep Qvardiola isə onu tələsdirmək istəmir. “Ən əsası onun sağalmasıdır. O, artıq yeniyetmə deyil, amma sağalma prosesi düzgün gedəcəyi təqdirdə qarşıda onu uzun illər boyu oynaya biləcəyi vaxt gözləyir”.
Xatırladaq ki, Rodri "Qızıl top" mükafatının son qalibidir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Mart 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















