Mançester Siti nin qolkiperi komandanı tərk etmək istəyir 1 mövsümdən sonra
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qapıçı Ceyms Trafford klubdakı cəmi bir mövsümdən sonra “Mançester Siti”ni tərk edə bilər.
Sportal.az xəbər verir ki, 23 yaşlı ingiltərəli futbolçu müntəzəm oyun praktikası qazanmaq istədiyi üçün komandadan ayrılmağa açıqdır. Bununla belə, “şəhərlilər” onu komandada saxlamaq istəyirlər.
Trafford bir sıra İngiltərə klublarının maraq dairəsinə daxildir. “Brayton”, niderlandlı qapıçı Bart Verbruggen satılacağı təqdirdə, onu ideal əvəzləyici kimi nəzərdən keçirir.
Xatırladaq ki, Ceyms ötən yay “Bernli”dən 27 milyon funt sterlinq qarşılığında transfer olunmuşdu. Lakin onun keçidindən qısa müddət sonra “Mançester Siti” Cianluici Donnarummanı PSJ-dən heyətə qatdı və italiyalı qolkiper komandanın əsas qapıçısına çevrildi.
Trafford bütün turnirlərdə 14 oyunda meydana çıxıb (Premyer Liqada cəmi 3 matç), 10 qol buraxıb, 7 dəfə qapısını toxunulmaz saxlayıb və klubla birlikdə İngiltərə Liqa Kubokunu qazanıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:371
Bu xəbər 21 Aprel 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















