Mançester Siti qələbə qazandı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərə Premyer Liqasının VII turu çərçivəsində "Mançester Siti" doğma meydanda "İpsviç"i 3:2 hesabı ilə məğlub edib.
Milli.Az xəbər verir ki, matçın 19-cu dəqiqəsində Fil Foden komandasını hesabda önə keçirib. Cəmi iki dəqiqə sonra, 21-ci dəqiqədə qonaqların futbolçusu Daydzen Maeda hesabı bərabərləşdirib.
Görüşün 34-cü dəqiqəsində Erlinq Holand "Mançester Siti"nin ikinci qolunu vurub. Norveçli hücumçu 69-cu dəqiqədə yenidən fərqlənərək dubl edib.
Qarşılaşmanın 85-ci dəqiqəsində Holand üçüncü dəfə rəqib qapısına yol tapsa da, VAR yoxlamasından sonra qol qeydə alınmayıb. Matçın 90-cı dəqiqəsində isə "İpsviç"in futbolçusu Zian Fleminq penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində liderliyini qoruyub. "İpsviç" isə 9 xalla 10-cu pillədə qərarlaşıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:85
Bu xəbər 17 Oktyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















