Mançester Siti Qvardiolanın yerinə Barselona nın əfsanəsini gətirmək istəyir
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Mançester Siti"nin rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispan məşqçi Xosep Qvardiola ilə yolları ayırmağa hazırlaşır. "Siti"nin rəhbərliyi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "E-noticies" öz mənbələrinə istinadla xəbər verir.
Bildirilir ki, İngiltərə klubunun rəhbərliyi "Barselona"nın və İspaniya millisinin əfsanəvi keçmiş futbolçusu Sesk Fabreqasın namizədliyi üzərində dayanıb.
Hazırda Fabreqas İtaliyanın "Komo" klubuna rəhbərlik edir.
Qeyd olunur ki, yayda "Mançester Siti" ispan məşqçini cəlb etmək üçün maksimum səviyyədə səy göstərəcək.
Xatırladaq ki, "Mançestr Siti"nin cari mövsümdə keçirdiyi 29 oyunda cəmi 14 qələbəsi var. Komanda bu mövsüm doqquz dəfə məğlub olub və hazırda turnir cədvəlində beşinci pillədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















