Mançester Siti Rodrinin yerinə alacağı futbolçuya görə nə qədər ödəyəcək? MƏBLƏĞ
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Siti" rəhbərliyi komandanın zədəli yarımmüdafiəçisi Rodrinin yerinə gələn ay yeni futbolçu transfer etmək qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Xəbərə görə, "şəhərlilər" "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendinin üzərində dayanıblar. Mənbə İngiltərə nəhənginin ispaniyalı futbolçunun müqaviləsində əksini tapan sərbəstqalma məbləğini (50 milyon avro) ödəyərək keçidi reallaşdırmaq istədiyini vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 21 matça çıxan Subimendi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Real Sosyedad"la anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat

Mançester Siti Rodrinin yerinə potensial oyunçular müəyyən etdi
06 Noyabr 2024 15:39
Mançester Siti qədər qazanan yoxdur MƏBLƏĞ
14 Dekabr 2024 12:03
Mançester Siti təcavüzdə ittiham olunan futbolçuya milyonlarla pul ödəyəcək
07 Noyabr 2024 05:31
Barselona Kvaratsxeliya üçün nə qədər ödəyəcək? MƏBLƏĞ
15 Noyabr 2024 22:25
COP29da razılaşdırılmış MƏBLƏĞ: Azərbaycan nə qədər ödəyəcək?
28 Noyabr 2024 11:40

