Mançester Siti ulduzuna tərəfdaş klublardan birinə keçməyi təklif edə bilər
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Siti" belçikalı yarımmüdafiəçi Kevin de Bruyneyə karyerasını "City Football Group" holdinqinə daxil olan klublardan birində davam etdirməyi təklif edə bilər.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Mənbə qeyd edir ki, hazırkı mərhələdə "şəhərlilər" futbolçunu heyətdə saxlamaq istəyir. De Bruyne iş yerini dəyişmək qərarına gəldikdə, onlar tərəfdaş klubda yer təklif etmək istəyirlər.
"City Football Group" İngiltərə klubundan başqa, Avstraliyanın "Melburn Siti", Amerikanın "Nyu-York Siti", Hindistanın "Mumbay Siti", Uruqvayın "Montevideo Siti Torku", Fransanln "Troya", Belçikanın "Lommel", İtaliyanın "Palermo", Braziliyadan "Bahiya" klublarına sahibdir. Bundan əlavə, korporasiya Çinin "Şenzen Penq Siti", Yaponiyanın "Yokohama Marinos" və İspaniyanın "Jirona" klublarında səhmlərə sahibdir.
Bundan əvvəl De Bruyne Səudiyyə Ərəbistanına köçmək imkanını istisna etmirdi. "Əl-Nasr" futbolçuya həftəlik təxminən 1 milyon funt-sterlinq maaş təklif etməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















