“Mançester Siti” və “Roma” Brazliya klubunun müdafiəçisi uğrunda rəqabət aparır
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti" müdafiəçi Uesliyə görə "Flamenqo" ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, ingilis klubu yay "transfer pəncərəsində" müdafiənin sağ cinahında oyunçu axtarır. 21 yaşlı braziliyalı isə bütün göstəricilərə görə "şəhərlilər"ə uyğun gəlir. Futbolçu "Roma"nın transfer siyahısında yer alıb. İngilislərin futbolçuya marağını nəzərə alan italyanlar Braziliya klubu ilə danışıqları qısa vaxtda yekunlaşdırmaq istəyir.
Qeyd edək ki, Uesli 2025-ci il mövsümündə "Flamenqo"nun heyətində 25 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun Braziliya klubu ilə müqaviləsi 2028-ci il dekabrın 31-də başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 İyul 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















