Icma.az
close
up
RU
Mançester Siti yə daha bir zərbə: Milyonlarla funtluq sponsorluq sual altında

Mançester Siti yə daha bir zərbə: Milyonlarla funtluq sponsorluq sual altında

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Mançester Siti" bazar günü “Liverpul”la keçirəcəyi böyük maraqla gözlənilən oyuna OKX adlı kriptovalyuta şirkətinin loqosunu daşıyan forma ilə çıxacaq. Sözügedən şirkət çirkli pulların yuyulması ilə bağlı ittihamlar səbəbindən ABŞ hakimiyyət orqanları tərəfindən böyük məbləğdə cərimələnmişdi.

Qaynarinfo xəbər verir ki, “The Sun”ın məlumatına görə, Nyu-York məhkəməsi OKX platformasının şübhəli əməliyyatlara və ümumi dəyəri 5 milyard dollardan çox olan cinayət gəlirləri ilə əlaqəli tranzaksiyalara vasitəçilik etdiyini müəyyənləşdirib. Bunun ardınca ABŞ şirkətə 400 milyon funt sterlinq məbləğində cərimə tətbiq edib.

Çinli milyarder Minqsinq “Star” Syu tərəfindən idarə olunan OKX son illərdə müxtəlif ölkələrdə bir sıra tənzimləyici problemlərlə üzləşib. Şirkət ötən il də çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin pozulması ilə əlaqədar 381 milyon funt sterlinq cərimələnmişdi.

Bundan başqa, şirkətin Maltadakı filialına da çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı tələblərin pozulmasına görə cərimə tətbiq olunub.

“Mançester Siti” ilə əməkdaşlıq davam edir

Bütün bunlara baxmayaraq, “Mançester Siti” ilə OKX arasındakı tərəfdaşlıq qüvvədə qalır. Şirkət 2022-ci ildə klubun kriptovalyuta sahəsində rəsmi tərəfdaşı olub. 2023-cü ildə isə tərəflər təxminən 55 milyon funt sterlinq dəyərində sponsorluq müqaviləsi imzalayıblar.

Yeni cərimədən sonra əməkdaşlığın davam etdirilməsi ilə bağlı suallar yaranıb. “The Sun”a danışan mənbə klubun şirkətlə əlaqələri kəsməməsinin təəccüblü olduğunu bildirib.

“Mançester Siti” isə OKX ilə əməkdaşlığın davam etdiyini təsdiqləyib. Klub tərəfdaşlarla işləməzdən əvvəl lazımi yoxlamaların aparıldığını vurğulayıb.

İngiltərə klubu həmçinin hər hansı qayda pozuntusuna yol verdiyini rədd edir. “Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı iş üzrə verilmiş qərardan apellyasiya prosesini də davam etdirir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Oktyabr 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri