“Mançester Siti”dən Erlinq Haalandla rekord müqavilə: Premyer Liqa tarixinə düşəcək
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Premyer Liqanın son çempionu norveçli hücumçunu heyətdə saxlamaq üçün tarixi müqavilə təklif edəcək.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Mançester Siti" klubunun rəhbərliyi qol ustası Erlinq Haalandı komandada saxlamaq üçün rekord müqavilə təklif etməyə hazırlaşır. Klub İspaniya nəhəngi “Real”ın də yaxından izlədiyi norveçli hücumçuya həftəlik 500 min funt sterlinq (təxminən 600 min avro) təklif edəcək.
24 yaşlı ulduz bu müqaviləni qəbul etsə, Premyer Liqa tarixinin ən çox qazanan futbolçusu kimi tarixə düşəcək. Haaland həmçinin həftədə 400 min funt sterlinq qazanan komanda yoldaşı Kevin de Bruyneni də keçəcək.

Premyer Liqa: Mançester Siti dən rahat qələbə
15 Sentyabr 2025 00:54
“Mançester Siti” Haalandla müqavilə yenilədi RƏSMİ İdmanXəbər
24 Yanvar 2025 04:31
Mançester Siti Haalandla danışıqlara başladı
18 Noyabr 2024 14:38
Premyer Liqa: Mançester Siti dən minimal hesablı qələbə
06 Oktyabr 2025 00:54

