Mançester Sitinin maliyyə pozuntuları ilə bağlı işində yeni təfərrüatlar ortaya çıxıb
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Mançester Siti" klubunun maliyyə pozuntuları ilə bağlı işində yeni təfərrüatlar ortaya çıxıb.
"Report" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
İngiltərə klubu "maliyyə feyr-pleyi" qaydalarının 130 dəfə pozulmasında ittiham olunub. Əvvəllər kluba qarşı 115 pozuntu halı barədə məlumat verilmişdi. Lakin bəzi müddəaların şərhindəki qeyri-dəqiqliklər səbəbindən düzəliş edilməsi qərarı verilib.
Məsələ ilə bağlı qərarın 2025-ci ilin yanvarında verilməsi gözlənilsə də, apellyasiya şikayəti səbəbindən proses növbəti mövsümün əvvəlinə qədər təxirə salına bilər. Klubun səviyyəcə ikinci liqa sayılan Çempionşipə düşürülməsi barədə qərar qəbul ediləcəyi təqdirdə, apellyasiya şikayətinə baxılması müvəqqəti olaraq dayandırıla bilər.
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqada 27 xalla dördüncü pillədə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















