Mançester Sitinin növbəti transfer hədəfi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Mançester Siti" "Palmeyras"ın futbolçusu Vitor Reysi heyətinə cəlb etmək istəyir.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"Şəhərlilər" artıq 18 yaşlı mərkəz müdafiəçisi üçün təklif göndərib. Futbolçu ilə artıq razılıq əldə olunub. Hazırda Vitorun iyula qədər Braziliya klubunda icarə əsasında çıxış edəcəyi üzərində danışıqlar aparılır.
Məlumatda bildirilir ki, bu, "Lans"ın futbolçusu Abdukodir Xusanovun "Mançester Siti"yə transferinə təsir göstərməyəcək. 20 yaşlı özbəkistanlı futbolçu yaxın zamanda İngiltərə klubuna qoşulacaq.
Qeyd edək ki, Vitor Reys karyerası ərzində 38 matça çıxıb və 2 qol vurub. Onun "Palmeyras" ilə müqaviləsi 2028-ci ilin dekabr ayına qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 10 Yanvar 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















