“Mançester Siti”yə 3 qol vurmuşdu Ən yaxşı seçildi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Viktor Dyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
O, səsvermədə Luis Dias (“Liverpul”), Nikolas-Herrit Kyun (“Seltik”) və Kərim Konateni (“Zaltsburq”) qabaqlayıb.
Qeyd edək ki, Dyökereş Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Mançester Siti”yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.
26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.
Baxış sayı:75
Bu xəbər 08 Noyabr 2024 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















