Icma.az
close
up
RU
Mançester Sitiyə keçəcək 20 yaşlı özbəkdən Azərbaycan futboluna salam var...

Mançester Sitiyə keçəcək 20 yaşlı özbəkdən Azərbaycan futboluna salam var...

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə saniyənizi ayırıb, diqqətinizi indi qeyd edəcəyim bu məyusedici rəqəmlərə yönəldin.

Heyrət etməmək mümkün deyil.

Birinci acınacaqlı fakt.

AFFA-nın bugünlərdə açıqlanan İnkişaf Strategiyasında qeyd edilir ki, hazırda Azərbaycanda 34 peşəkar statuslu futbol klubunun cəmi 5-nin minimum standartlara cavab təlim-məşq bazası var. Bu o deməkdir ki, 34 klubdan (Premyer Liqa, 1-ci və 2-ci liqa təmsilçiləri) 29-nun bazası yoxdur!  

Düz 29-nun...

Aralarında hətta Premyer Liqa təmsilçiləri də yer alıb. İsti-isti yadıma düşənlərdən "Zirə"ni, "Araz Naxçıvan"ı, "Turan Tovuz"u qeyd edim...

"Zirə"ni niyə bu mövsüm avrokuboklarla Liqa mərhələsinə düşmədi" sualının cavabı həm də bazanın yoxluğunda gizlənib.

Gələk, bundan geri qalmayan ikinci betər duruma.

Yenə həmin Strategiyaya istinad edək. 

Yazılıb: "Azərbaycanda Uşaq-Gənclər İdman Məktəblərinin (UGİM) cəmi 5 futbol meydançası var".

Cəmi 5… 

Bəs, bu Uşaq-Gənclər İdman Məktəblərinə (UGİM) cavabdeh kimdir? Gənclər və İdman Nazirliyinin saytında bu qurumun strukturuna daxil olan UGİM və ya bu yönümlü 32 idman təhsili məktəbinin olduğu qeyd edilir. Amma həmin məktəblərdə vur-tut 5 futbol meydançası var. Təkcə elə bu cırtdan rəqəm nazirliyin futbolun inkişafı üçün necə "əldən-ayaqdan getdiyini" göstərir...
Deməli, uşaq futbolunu düzəltmək bir tək AFFA-nın üzərində də olmamalıdır. Klublar, Təhsil Nazirliyi, xüsusən idmana cavabdeh birnömrəli qurum kimi Gənclər və İdman Nazirliyi əlini daşın altına qoymalıdır.

Yoxsa, hazırlanan yeni Strategiya daha əvvəl qəbul edilmiş Futbolun İnkişafına dair Dövlət Proqramının (2005-2015) uğursuz aqibətini yaşayacaq. Yəni bir proqram onun içində yazılanlarla deyil, yazılanlarların icrası ilə hədəfə çata bilər.

Futbolun İnkişafına dair Dövlət Proqramında nələr qeyd edilmildi? Uşaq futbol akademiyaları tikmək. Amma AFFA ilə İdman Nazirliyi 10 ildə bircə akedemiya yaratmağa istəkləri olmadı. 

Bax, həmin proqramı icra etməli olan bu iki qurumun uşaq futboluna biganəliyi, ögey münasibəti illərdir özünün göstərməkdir: nə babat futbolçumuz var, nə də nəticəmiz...

Ona görə də Azərbaycandan xaricə yaxşı kluba gedənlər yalnız Juninyo, Kadi kimi braziliyalılardır. 

Özümüzünkülərin getməsi ilə qayıtması isə bir olur. Darıxdıqlarına görə yox, klubunda bərkiyə bilmədiklərinə görə. Yoxsa, hamısı yaxşı başa düşür ki, futbolumuzda yel əsib, qoz tökülməyib.

Sonda.

Biz 34 klubumuzdan 29-nun bazasının olmamasının və Uşaq-Gənclər İdman Məktəblərinin cəmi 5 futbol meydançasının olmasının xiffətini çəkdiyimiz vaxtda...

Qardaşımız Özbəkistanın "Lans"da (Fransa) oynayan 20 yaşlı nümayəndəsi, Daşkənd "Bunyedkor"unun yetirməsi Abdukadir Xusanov Qvardiolanın "Mançester Siti"sinə keçmək üzrədir. Cəmi 100 min avroya alınan futbolçu 50 milyona satılacaq!

Bax belə.

Aydın Bağırov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri