Mançester Sitiyə qarşı topuğu sınmış halda 60 dəqiqə oynayıb
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Tottenhem"in futbolçusu Qulelmo Vikario İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti"yə qarşı topuğu sınmış halda 60 dəqiqə oynayıb.
QOL.az xəbər verir ki, bu barədə 28 yaşlı qolkiper öz sosial şəbəkə hesablarında məlumat yayıb.
O, "şəhərlilər"i darmadağın etdikləri (4:0) matçdan sonra bu sözləri yazıb:
“Bəzən futbol sizə hər şeyin ən yaxşısını verir. Bəzən isə gözləmədiyiniz şəkildə sizə meydan oxuyur. "Etihad"da topuğum sınmış halda 60 dəqiqə oynadım. Komandam üçün əlimdən gələn hər şeyi etdim. Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil... Mənə əməliyyat lazım idi.
Bir müddət komandaya kömək edə bilməyəcəyim üçün məyusam. Həkimlərə və digər işçilərə "çox sağ ol" deyirəm. Əməliyyat uğurla keçdi və sabahdan etibarən daha güclü, sağlam olmaq üçün çox çalışacağam. "Tottenhem" azarkeşlərinə mənə göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Tezliklə meydanda görüşərik”.
Qeyd edək ki, bu mövsüm Vikario London təmsilçisi ilə bütün yarışlarda 15 oyun keçirib.
Baxış sayı:125
Bu xəbər 26 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















