Mançester Yunayted də baş məşqçi postuna yeni namizədlər var
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
"Mançester Yunayted"in idman direktoru Ceyson Uilkoks komandanın baş məşqçisi postunda Eddi Haunu görmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, Maykl Kerrikin vəzifəsindən ayrılacağı təqdirdə, Uilkoks "Nyukasl Yunayted"in sabiq çalışdırıcısının təyinatını dəstəkləyəcək.
Onun seçimində Haunun İngiltərə Premyer Liqasındakı təcrübəsi əsas amillərdən biridir. Məlumata görə, klubun ortaq sahibləri Cim Retkliff və Qleyzer ailəsi baş məşqçi ilə bağlı qərar verərkən Uilkoksun fikrinə transferlər üzrə direktor Kristofer Vivellin mövqeyindən daha çox üstünlük verə bilərlər. Vivellin isə bu vəzifəyə Yulian Nagelsmanın gətirilməsini istədiyi bildirilir.
Qeyd edək ki, Eddi Hau 2021-2026-cı illərdə "Nyukasl Yunayted"ə rəhbərlik edib. Onun başçılığı altında komanda 2024/2025 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 23 Oktyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















