Mançester Yunayted in iki sabiq futbolçusunun rekordu təkrarlanıb
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mançester Yunayted" klubunun futbolçusu Amad Diallo İngiltərə Premyer Liqasında Ule-Qunnar Solskyaer və Ueyn Runinin rekordunu təkrarlayıb.
"Report" "Squawka"ya istinadən xəbər verir ki, 22 yaşlı hücumçu buna “Sauthempton”a 3:1 hesabı ilə qalib gəldikləri XXI turun matçında nail olub.
Üç dəfə fərqlənən forvard Premyer Liqa tarixində bir qarşılaşmanın son 10 dəqiqəsində 3 və daha çox qol vuran üçüncü oyunçudur.
Solskyaer 1999-cu, Runi isə 2010-cu ildə bunu bacarıb.
Qeyd edək ki, 2021-ci ildə "qırmızı şeytanlar"a keçən Diallonun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Baxış sayı:136
Bu xəbər 17 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















