Mançester Yunayted in uruqvaylısı Türkiyə yolunda Danışıqlar başladı
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte qış transfer pəncərəsində klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Erol Evsen məlumat yayıb.
Mənbənin məlumatına görə, "Qalatasaray" Uqarteni heyətinə qatmağa can atır. Türkiyə nəhəngi yarımmüdafiəçini ya icarəyə götürməyə, ya da daimi olaraq müqavilə imzalamağa hazırdır. İstanbul nəhənginin artıq qarşı tərəfə sorğu göndərdiyi bildirilir.
Uqartenin “Sportinq”də Ruben Amorimin rəhbərliyi altında oynamasına baxmayaraq, baş məşqçi onun “Old Trafford”dakı çıxışından narazıdır. 24 yaşlı uruqvaylı bu mövsüm İngiltərə Premyer Liqasında 10 matçda meydana çıxıb. Onun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq. "Transfermarkt" onun dəyərini 35 milyon avro dəyərində qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 08 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















