Mançester Yunayted in veteranı sükanı arxasında kimi görmək istəyir?
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Mançester Yunayted"in keçmiş oyunçusu Niki Batt komandanın "sükanı arxasında" görmək istədiyi məşqçinin adını açıqlayıb. Sport24.az "Mançester Evening News" qəzetinə istinadən xəbər verir ki, veteran futbolçu Joze Mourinyonun adını çəkib:
"Mourinyonu geri dönməsini istərdim. O, qalibdir və bu klubu uğura apara biləcək gücdədir. Amma klubu idarə edənlər buna heç vaxt icazə verməyəcəklər. Onlar yalnız işinə diqqət yetirən və transfer siyasətinə nəzarət etməyən birini üstün tuturlar.
Heç bir uğurlu mütəxəssis büdcə, vaxt və səlahiyyət barədə qəti zəmanət olmadan "Mançester Yunayted"ə gəlmək istəməz. Hazırkı struktur bunu çox çətinləşdirir və onlar Maykl Kerrik kimi birini üstün tuta bilərlər".
Qeyd edək ki, Mourinyo 2016-cı ildən 2018-ci ilə qədər "Mançester Yunayted"də çalışıb. O, komanda ilə İngiltərə Liqa Kubokunu, FA Kubokunu və Avropa Liqasını qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 04 Aprel 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















