Mançester Yunayted Osimhenə görə 40 milyon və bu ulduzunu təklif edir SON DURUM
Icma.az, Fanat portalına istinadən məlumat verir.
"Mançester Yunayted" yayda hücum xəttində əsaslı dəyişikliklər etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı “Calciomercato” yayıb.
Mənbənin məlumatına görə, klubun baş məşqçisi Ruben Amorim danimarkalı hücumçu Rasmus Hoylundun çıxışından tam razı deyil. İngiltərə nəhəngi onu dəyişməyə hazırlaşır. "Qırmızı şeytanlar" Viktor Osimhenin transferinə Rasmusu daxil etmək istəyir və bu barədə "Napoli"yə təklif hazırlayır. "Mançester Yunayted" eyni zamanda, İtaliya klubuna əlavə olaraq təxminən 40 milyon avro ödəməyi planlaşdırır.
Hoylund MY-yə 2023-cü ilin yayında 73,9 milyon avro müqabilində "Atalanta"dan keçib. Cari 2024/2025 mövsümündə o, 34 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
26 yaşlı nigeriyalı hücumçu Osimhenə gəlincə, o, mövsümü icarə əsasında “Qalatasaray”da keçirir.
"Transfermarkt" Hoylundu 60 milyon avro, Osimheni isə 75 milyon avro dəyərində qiymətləndirir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 28 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















