Mançester Yunayted Qalatasaray ın futbolçusuna görə 30 milyon avro təklif etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Yunayted" "Qalatasaray"ın 26 yaşlı yarımmüdafiəçisi Qabriel Sara ilə maraqlanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Akşam" nəşri məlumat yayıb.
Məlumata görə, "qırmızı şeytanlar" braziliyalı futbolçu üçün Türkiyə nəhənginə 30 milyon avro təklif etməyə hazırdır. Bununla belə, "Qalatasaray" futbolçuya ən azı 35 milyon avro qiymət təyin edib.
Sara özü isə əvvəllər çıxış etdiyi İngiltərəyə qayıtmaq istəyir. Bundan əvvəl o, "Norviç" klubunda çıxış edib.
Qeyd edək ki, Sara 2024-cü ilin yayında "Qalatasaray"a keçib. Keçən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 45 matça çıxıb, 2 qol vurub və 10 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 İyul 2025 01:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















