Mançester Yunayted ten Haqın komandasına oxşayırdı Entso Mareska
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
İngiltərə Premyer Liqasının (İPL) 10-cu turunda səfərdə "Mançester Yunayted"lə 1:1 hesablı heç-heçə edən "Çelsi"nin baş məşqçisi Entso Mareska oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:
"Bu oyunun müxtəlif səbəblərdən çətin olacağını bilirdik Matçın böyük hissəsində oyuna nəzarət edən tərəf biz idik. Qələbə qazanmaq istəyirdik, amma son 10 dəqiqədə balansı itirdik.
"Mançester Yunayted" ten Haqın komandasına oxşayırdı. Onların daha aqressiv olacaqlarını düşünürdük. Bu stadionda hesabda geri düsəndə vəziyyətdən çıxmaq çətin olur. Amma biz hesabı bərabərləşdirmək işinin öhdəsindən gəldik. Sonra qələbə qazanmağa çalışdıq".
Bu oyunda MY-nin qolunu 70-ci dəqiqədə penaltidən Brunu Fernandeş vurubsa, 75-ci dəqiqədə qonaqlar Moyses Kaysedo ilə hesaba tarazlıq gətiriblər.
Mançester təmsilçisini oyuna baş məşqçinin funksiyalarını müvəqqəti olaraq yerinə yetirən Rud van Nistelroy çıxarıb. Oktyabrın 28-də istefaya göndərilən Erik ten Haqın postuna gətirilən portuqaliyalı mütəxəssis Ruben Amorim "qırmızı şeytanlar"ı noyabrın 11-dən çalışdıracaq.
Qey edək ki, 10 oyuna 12 xal toplayan "Mançester Yunayted" hazırda İPL-in turnir cədvəlində 13-cü, 18 xala malik "Çelsi" 4-cü pillədədir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 04 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















