“Mançester Yunayted”də böhran böyüyür Kerrikdən sərt açıqlama
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda İtaliyanın “Komo” komandasına səfərdə 1:4 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, ev sahiblərinin heyətində Niko Pas dubla imza atıb. Digər qolları Tasos Duvikas və Yakobo Ramon vurublar. İngiltərə təmsilçisinin yeganə qolunun müəllifi isə Coşua Zirkzee olub.
Bu məğlubiyyətlə “Mançester Yunayted”in qələbəsiz oyunlar seriyası 7 matça çatıb. Komanda son 7 qarşılaşmada 3 heç-heçə edib və 4 dəfə uduzub. “Qırmızı şeytanlar” cari mövsümdə bütün turnirlərdə keçirdikləri 11 oyunun yalnız 2-də qalib gəliblər.
İngiltərə Premyer Liqasında 13-cü pillədə qərarlaşan komanda Liqa Kubokunda da mübarizəni dayandırıb.
“Komo” ilə görüşdən sonra “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik komandasının çıxışını sərt tənqid edib:
“Düzünü desəm, çox qəzəbliyəm. Bütün həyatım bu klubla bağlıdır. Bu axşam gördüklərim heç xoşuma gəlmədi. Belə oynamağımız qəbuledilməzdir. Futbolçular hər oyunda eyni istək və mübarizə əzmini göstərməlidirlər.
44 yaşlı mütəxəssis uğursuz nəticəyə görə məsuliyyəti üzərinə götürüb:
“Komandanın ümumi çıxışına görə məsuliyyət mənim üzərimdədir və bunu tam qəbul edirəm. Amma məsələ təkcə buraxdığımız qollarda deyil. Bizi ən çox narahat edən meydandakı oyun tərzimiz idi. Belə çıxışdan sonra heç nəyə layiq deyildik”.
Kerrik istefa ehtimalı ilə bağlı sualı da cavablandırıb:
“Öz gələcəyim barədə heç düşünməmişəm. Hazırda məsələ mənim vəzifəm deyil. Azarkeşləri düşünürəm. Mən də bu oyunu izləyənlərdən biri idim və gördüklərimdən qətiyyən razı qalmadım”.
Baş məşqçi İtaliyaya səfər edən azarkeşlərdən üzr istədiyini də bildirib. O, komandanın əvvəlki matçda “Lids”lə 1:1 hesablı heç-heçədən sonra göstərdiyi mübarizə əzmini “Komo” ilə görüşdə ortaya qoya bilməməsindən narazılığını ifadə edib.
Kerrik futbolçuların fiziki mübarizəsinə də toxunub: “Hansı taktikanı seçməyindən asılı olmayaraq, irəli və geri qaçmırsansa, qalib gələ bilməzsən”.
Qeyd edək ki, “Mançester Yunayted” növbəti matçını oktyabrın 25-də Premyer Liqada “Bornmut”a qarşı keçirəcək.
Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!” TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər Batrakov İkardi və Jardelin rekordunu təkrarladı Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 22 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















