“Mançester Yunayted”də Karrikin mümkün əvəzləyicisi bəlli olub əsas namizəd dəyişib
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikin mümkün istefasından sonra komandanı çalışdırmağa əsas namizəd Eddi Hau hesab olunur.
İdman.Biz talkSPORT-a istinadən xəbər verir ki, klubun idman direktoru Ceyson Uilkoks Karriklə yollar ayrılacağı təqdirdə Haunun təyin olunmasına üstünlük verir.
Məlumata görə, Uilkoksun seçimində Haunun İngiltərə Premyer Liqasındakı iş təcrübəsi əsas rol oynayır. İdman direktorunun mövqeyinin klubun həmsahibləri Cim Retkliff və Qleyzer ailəsi üçün işə qəbul üzrə direktor Kristofer Vivellin fikrindən daha böyük əhəmiyyət daşıyacağı vurğulanır.
“Mançester Yunayted”in transferlər üzrə direktoru, almaniyalı Kristofer Vivell isə komandanın başına Yulian Nagelsmannın gətirilməsini istəyir.
Qeyd edək ki, Eddi Haunun son iş yeri 2021-2026-cı illərdə rəhbərlik etdiyi “Nyukasl” olub. Komanda onun başçılığı altında İngiltərə Liqa Kubokunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 Oktyabr 2026 04:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















