“Mançester Yunayted”in kapitanının evi qarət olundu
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin evi komandasının Çempionlar Liqasının əsas mərhələsində İtaliyanın “Komo” klubu ilə qarşılaşdığı vaxt qarət olunub.
İdman.Biz "The Athletic" nəşrinə istinadən xəbər verir ki, hadisə zamanı futbolçunun ailə üzvlərindən heç biri evdə olmayıb. Oğurluq nəticəsində dəymiş ziyanın məbləği açıqlanmayıb.
Hadisə barədə polisə Fernandeşin qonşularından biri məlumat verib. Cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşları gələnədək evdə beş dəqiqədən az vaxt keçiriblər.
Polis hadisə ilə bağlı açıqlama yayıb:
“Zəng edən şəxs qonşu evin arxa həyətində üç naməlum kişi gördüyünü bildirib. Polis əməkdaşları hadisə yerinə gəlsələr də, şübhəliləri aşkar etməyiblər. Bununla belə, göstərilən ünvanda evə qanunsuz daxil olunaraq oğurluq törədildiyi və bir neçə əşyanın aparıldığı müəyyənləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb və istintaq hələ ilkin mərhələdədir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Oktyabr 2026 02:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















