“Mançester Yunayted”in qapıçısı böyük rəqibləri qabaqladı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İngiltərənin “Mançester Yunayted” futbol komandasının qapıçısı Senne Lammens Premyer Liqada 2025/2026 mövsümünün ən yaxşı transferi seçilib.
İdman.Biz xəbər verir ki, belçikalı qolkiper bu mükafatı səsvermənin nəticəsinə əsasən qazanıb.
Lammens 2025/2026 mövsümündə “Mançester Yunayted”in heyətində 32 matçda meydana çıxıb. O, bu görüşlərdə səkkiz dəfə qapısını toxunulmaz saxlayıb və 79 seyv edib.
Premyer Liqanın rəsmi məlumatına görə, 23 yaşlı qapıçı səsvermədə Rayan Şerki, Antuan Semenyo, Joao Pedro, Qranit Caka, Viktor Dyokeres və digər futbolçuları geridə qoyub.
Qeyd edək ki, Lammens “Mançester Yunayted”ə 2025-ci ilin yay transfer pəncərəsinin son günündə Belçikanın “Antverpen” klubundan keçib. Onun İngiltərə təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 İyun 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















