Icma.az
close
up
RU
“Mançester Yunayted”in seriyası davam edir

“Mançester Yunayted”in seriyası davam edir

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 10-da Avropa Liqasının (AL) 1/4 finalına start verildi.

"Football-plus.az" xəbər verir ki, ilk 4 oyundan üçü heç-heçə başa çatdı, ev sahiblərindən yalnız biri qələbə qazandı.
Ötən il keçirilən vahid liqa mərhələsini “Atletik”lə birlikdə 8 oyuna 19 xalla şərikli lider kimi başa vuran “Latsio” avrokuboklarda son 7 ildə ilk dəfə 1/4 finala çıxıb. “Qarabağ”ın vahid liqa mərhələsində Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt” 1/8 finalda Konfrans Liqasının son qalibi olan “Olimpiakos”u təsadüfən mübarizədən kənarlaşdırmadığını (3:0, 1:2) göstərdi. İtaliya klubu üçün Norveçə səfər uğursuz alındı.
Yekun hesab romalılar üçün daha pis ola bilərdi. Mandas qonaqları bir neçə dəfə real qoldan xilas etdi. Amma yunan qapıçı fasilədən sonra Saltnesin iki zərbəsi qarşısında aciz qaldı. 0:2 hesablı məğlubiyyət “Latsio” üçün bu mövsüm turnirdə 2-ci oldu.
Liqa mərhələsində 18 xalla 3-cü yeri tutan “Mançester Yunayted” üçün AL-dəki hər oyunun böyük əhəmiyyəti var. İngiltərədəki işləri bərbad olan Ruben Amorimin komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə çıxış yolunun bu turnirdə qələbə olduğu hamıya bəllidi.
MY heç də asan səfərlərdən sayılmayan Liondakı matçda ara-sıra üstün oyun nümayiş etdirdi. İlk hissədə cərimə zərbəsindən sonra vurulan qarşılıqlı qollar fasiləyə qədər heç-heçəni labüd etdi. İkinci hissə sanki birincinin davamı oldu. Üstünlüyü sıra ilə ələ alan rəqiblər son dəqiqələri əsl futbol trillerinə çevirdilər. Əvvəlcə Zirkzee Bruno Fernandeşin ötürməsi ilə qonaqları önə keçirdi.
Lionlular əzmkarlıq göstərməklə son saniyələrdə Şerkinin qolu ilə məğlubiyyətdən qaçdılar. Liqa mərhələsini məğlubiyyətsiz başa buran yeganə komanda olan İngiltərə nəhəngi seriyasını 11 oyuna çatdırdı. MY cari mövsümdə AL-də 6 qələbə qazanıb, 5 matçı isə heç-heçə başa vurub.
İngiltərənin digər təmsilçisi də ilk oyunda rəqibi ilə “sülh”ə razılaşdı. Fərq ondadı ki, “Tottenhem” öz meydanında “Ayntraxt”a qalib gələ bilmədi. Amma Londonda qələbəyə layiq olan tərəf məhz ev sahibləri idi. Qapısından erkən qol buraxan ingilislərin buna cavabı da tez oldu. Fasilədən sonrakı mübarizə frankfurtlular üçün çox ağır keçdi.
Bəxtin londonluların üzünə gülmədiyini qeyd etməliyik. Berqvall ilə Bentankurun zərbələrindən sonra top qapı çatına dəydi. “Ayntraxt”ın qapıçısı Santosun Son Hın Min ilə Van de Veenin zərbələrinə inanılmaz reaksiya verdiyini də vurğulayaq.
Cümə axşamı qol vurulmayan yeganə oyun Qlazqoda baş tutdu. “Reyncers” ilə rəqabətdə favorit sayılan “Atletik” bu rəqibi ilə qitə arenasındakı ilk görüşünü uğurla başa vura bilərdi. Pröpper 13-cü dəqiqədə komandasını azlıqda qoydu. Hakim İştvan Kovaç cərimə meydançasına şığıyan İnyaki Uilyamsa qarşı kobud oynayan meydan sahiblərinin müdafiəçisinə sarı vərəqə göstərsə də, VAR-ın müdaxiləsindən sonra qərarını “qırmızı”ya dəyişdi.
Şotlandiyalılar qalan vaxtda meydanın hər qarışı və top uğrunda fədakarcasına mübarizə apardılar. Bəzən hətta bilbaoluların qapısı qarşısında real təhlükələr də yaratdılar. “Atletik”in 2-ci hissədə təzyiqi artırması Berengerin qolu ilə nəticələndi. Lakin qol ofsayda görə sayılmadı. Çox keçmədən qonaqlar penalti vurmaq hüququ qazandılar. Amma qapıçı Kelli həmin Berengerin zərbəsinin qarşısını alaraq “Reyncers”in fevralın əvvəlindən sonra ilk dəfə top buraxmamasında böyük rol oynadı.
1/4 final, ilk oyunlar
Bude/Qlimt (Norveç) - Latsio (İtaliya) 2:0

Saltnes, 47; 69.
Bude/Qlimt: Xaykin, Şevold, Qunnersen, Byortuft, Byorkan, Evyen, Berq, Saltnes (Brustad-Felt, 86), Blomberq (Myaattya, 86), Hög (Helmersen, 81), Hauqe.
Latsio: Mandas, Hüsay (Latsari, 46), Romanyoli, Xila, Maruşiç, Genduzi, Vesino, İsaksen (Çauna, 81), Zakkanyi (Noslin, 81), Pedro (Kastelyanos, 64), Dia (Dele Başiru, 46).
Lion (Fransa) - Mançester Yunayted (İngiltərə) 2:2
Almada, 26. Şerki, 90+5 – Yoro, 45+5. Zirkzee, 88.
Lion: Perri, Mata, Nyakate, Meytlend-Nayls, Talyafiko, Akuoku (Lakazett, 51), Tolisso, Veretu, Şerki, Mikautadze, Almada.
Mançester Yunayted: Onana, Dalot, Mazraui, Maquayr (Lindelöff, 83), Yoro, Dorqu, Kazemiro, Uqarte (Maunt, 72), B.Fernandeş, Qarnaço (Maynu, 83), Höylunn (Zirkzee, 63).
Tottenhem (İngiltərə) - Ayntraxt (Frankfurt, Almaniya) 1:1
Porro, 26 – Ekitike, 6.
Tottenhem: Vikario, Porro, Romero, Van de Veen, Udoci (Spens, 79), Berqvall, Bentankur, Meddison (Sarr, 79), Conson, Son Hın Min (Tel, 79), Solanke (Rişarlison, 88).
Ayntraxt: Santos, Kristensen, Tuta, Kox, Teate, Braun (Nkunku, 90+1), Sxiri, Götse (Uzun, 90+1), Larsson, Baoyya (Şaibi, 70), Ekitike (Vai, 89).
Reyncers (Şotlandiya) - Atletik (İspaniya) 0:0
Reyncers: Kelli, Tavernye, Sterlinq, Pröpper, Baloqun, Yılmaz (Jefte, 68), Rays (Ballon, 67), Raskin, Çernı (Makkozlend, 90+5), Dessers (İqman, 85), Haci (Bayrami, 90+4).
Atletik: Aqirresabala, De Markos (Qorosabel, 90+3), Vivian, Yeray, Lekue, De Qalarreta (Prados, 62), Xaureqisar, İ.Uilyams, Sanset (Berenger, 74), N.Uilyams, Sannadi (Quruseta, 61).
Cavab oyunları aprelin 17-də keçiriləcək.

Bombardirlər: Hög (Bude/Qlimt), Əl-Kaabi (Olimpiakos) - 7, Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Aprel 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see460

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see343

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see261

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see252

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see242

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see223

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see209

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see192

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see184

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see170

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see165

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see164

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri