Mançesterdə sinaqoqa hücum: 4 nəfər xəsarət alıb, şübhəli polis tərəfindən güllələnib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
London, 2 oktyabr, AZƏRTAC
İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoqunaa avtomobil və bıçaqla edilən hücum nəticəsində dörd nəfər xəsarət alıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hücum edən şəxs polis tərəfindən güllələnib. Onun vəziyyəti barədə hələlik dəqiq məlumat verilməyib. Böyük Mançesterin meri Endi Börnhem baş verənləri ciddi insident adlandırıb.
Baş nazir Kir Starmer isə hücumun yəhudi təqviminin ən müqəddəs günü olan Yom Kippurda baş verməsini xüsusilə dəhşətli adlandırıb. O, bu səbəbdən Danimarkaya səfərini yarımçıq dayandıraraq Londonda təcili “Cobra” toplantısına sədrlik edəcək.
Hücum nəticəsində dörd nəfərin xəsarət aldığı təsdiqlənib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 02 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















