Icma.az
close
up
RU
Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev kimdir, niyə vuruldu?

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev kimdir, niyə vuruldu?

Icma.az bildirir, Axar.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayev mandatdan məhrum edilib. Rəsmi açıqlamada onun mandatndan özünün imtina etməsi ilə bağlı ərizə yazdığı bildirilir.

Axar.az xəbər verir ki, 24 sentyabrda isə Qəzənfər Abdullayevin tutduğu vəzifədən - Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa verdiyi haqda məlumat yayılmışdı. Q.Abdullayevin istefa ərizəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının oktyabrın 8-də baxacağı bildirilir.

Bəs, Qəzənfər Abdullayev kimdir?

Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1989-1998-ci illərdə Culfa rayonunun Bənəniyar kəndində orta təhsil alıb. 2000-ci ildə Naxçıvan şəhərində N.Tusi adına 9 saylı orta məktəbin X-XI siniflərini oxuyub.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də qarovulçu işləyib.

2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin mühasibat uçotu və audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib vəzifəsində çalışıb.

2010-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Maliyyə-Təsərrüfat şöbəsinin müdiri işləyib. 2021-ci ildə “Həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.

1 mart-18 may 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında katib, Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifələrini tutub.

18 may 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri vəzifəsinə seçilib.

31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

28 sentyabr 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib.

Ailəlidir, iki övladı var.

Naxçıvan MR Ali Məclisinə 39 saylı Bənəniyar seçki dairəsindən depuat seçilmişdi.

Q.Abdullayev kasıb ailədən çıxıb, qarovulçuluqdan bu vəzifəyə gəlib çıxıb. Bu gün deputat mandatı ləğv edildi və artıq Naxçıvan Ali Məclisinin saytında onunla bağlı məlumat silinib. Yəqin ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrliyindən “könüllü istefası” da qəbul ediləcək və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının saytından da silinəcək.

Böyük ehtimalla, Naxçıvan Futbol Federasiyasının sədrliyinə də xitam veriləcək.

Hələ bir ay öncə Q.Abdullayev millət vəkili kimi rəsmi mediada mövqe nümayiş etdirir, açıqlamalar verir, yaxud Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində həmkarlar ittifaqları üzvlərinin övladları üçün “Yay macərası” uşaq düşərgəsinin açılışını edir, “Duzdağ” oteldə Bakıdan gedən xalq artistlərinin iştirakı ilə təntənəli mərasim keçirir, “Sağlam həmkar” minifutbol turnirinin açılışını edirdir.

Qəzənfər Abdullayevlə bağlı nə baş verdi?

Q.Abdullayevin əleyhinə əsas materiallar sentyabrda işıq üzü görməyə başladı. Belə ki, deputatın var-dövlətinin ilk siyahısı dərc edildi.

Bu siyahıya əsasən onun:

- 200 min manat civarında qiymətləndirilən Az 75 RA 900 dövlət qeydiyyat nişanlı “Toyota Land Kruiser” markalı avtomobili (Qeydiyyat nişanındakı "RA" hərfləri onun oğlu Rəhman Abdullayevin ad və soyadının baş hərfləri ilə eynilik təşkil edir);

- Naxçıvan şəhərində, "Sizin Market"in yerləşdiyi ən bahalı yaşayış binasında lüks mənzil;

- Əlixan məhəlləsində üçmərtəbəli nəhəng və bahalı fərdi malikanə;

- Naxçıvanın prestijli ərazilərindən sayılan "Əyləncə adası"nın qarşısındakı "Yaşıl Ada" kompleksində növbəti mənzil;

- Yaşayış sahələri ilə yanaşı, birbaşa biznes fəaliyyətinə bağlı ticarət obyekti "Moon" kafesi;

- Bakıda, "Gənclik" metrostansiyası yaxınlığında lüks mənzil;

- Paytaxtda istifadə olunan, qiyməti yüz minlərlə ölçülən növbəti lüks avtomobil "Mersedes-Benz S-Class" və s. əmlakı var.

Bunun ardınca isə daha bir siyahı işıq üzü gördü:

- Naxçıvan şəhərində, “Təbriz” otelinin yaxınlığında “Zümrüd” kafesidir. Kafenin ətrafında yerləşən çoxsaylı kupe tipli çay evlərinin də eyni əmlak kompleksinə daxil olduğu bildirilir.

- “Mitsubişi L200” – 77-GZ-900 nömrəli

- “Şevrolet Malibu” – 75-GZ-900 nömrəli.

Yeni siyahı cəmi 2 maşın və 1 kafedən ibarət idi.

Ümumiləşdirsək, Naxçıvanda 2 mənzil, bir villa, Bakıda 1 mənzil, 4 maşın, “Moon” və “Zümrüd” adlı 2 kafeyə sahibdir.

Bir deputat və vəzifəli şəxs üçün kifayət qədər geniş imkanlara sahib olduğu görünür, ancaq bu siyahı onun qeyri-adi var-dövlət sahibi olduğu təəssüratı yaratmır. Zatən Azərbaycanda kifayət qədər geniş imkanlara sahib olanların qeyri-adi səviyyədə geniş siyahılarını o qədər görmüşük ki, Q.Abdullayev onlarla müqayisə oluna bilməz.

Hər bir halda sentyabra qədər rəsmi açılışlar keçirib, açıqlamalar verən Q.Abdullayev istefa ərizələrini bu siyahıların dərc olunmasından cəmi 14 gün sonra yazmalı oldu.

Q.Abdullayevlə bağlı daha nələr olacaq?..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Oktyabr 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri