Icma.az
close
up
RU
Mandatını itirmiş deputatlar SİYAHI

Mandatını itirmiş deputatlar SİYAHI

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müstəqil Azərbaycan dövlətinin qanunverici orqanı olan Milli Məclisə ilk dəfə 1995-ci ildə seçkilər keçirilib. Həmin vaxtdan indiyədək yüzlərlə fərqli şəxs deputat mandatı qazanaraq parlamentdə təmsil olunub. Lakin onlardan heç də hamısı mandatlıq müddətini sona çatdıra bilməyib. Bəzi millət vəkilləri vəzifəyə təyin olunduğu, bəziləri isə cinayət əməlləri törətdiklərinə görə mandatlarından məhrum ediliblər.
Bizim.Media mandatından məhrum edilən deputatların siyahısını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:
Azad olunmuş ərazilərdə deputat ofisləri fəaliyyət göstərəcək? – Millət vəkillərindən AÇIQLAMA


İqbal Ağazadə
15-16 oktyabr 2003-cü ildə baş verən iğtişaşlarla bağlı İqbal Ağazadə cinayət məsuliyyətinə cəlb olunub. O, məhkəmənin müvafiq qərarı ilə həbs olunub və deputat mandatını itirib. 2005-ci ilə qədər həbsdə qalan eks-deputat həmin il əfv fərmanı ilə azadlığa çıxıb.
Fikrət Sadıqov
2005-ci ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edilib. İqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da onların arasında idi. Sumqayıtdan deputat seçilmiş F.Sadıqov mandatından məhrum edildikdən sonra bir müddət ev dustaqlığına məhkum edilib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının institutunda çalışır.
Hüseyn Abdullayev
2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatının müzakirəsi zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olub. Həmin hadisədən sonra H.Abdullayevə qarşı cinayət işi açılıb və o, məhkəmənin qərarı ilə həbs olunub. Bu səbəbdən Hüseyn Abdullayevin deputat mandatına xitam verilib.
Gülər Əhmədova
2012-ci ilin sentyabrın 25-də Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin sabiq deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.
Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb. Nəticədə cinayət məsuliyyətinə cəlb olunan Gülər Əhmədova deputat mandatı ilə vidalaşmalı olub.
Əli Əhmədov
19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmiş Əli Əhmədov Prezident İlham Əliyevin Sərəncamı ilə 2013-cü il oktyabrın 22-də baş nazirin müavini təyin edilib. Bu səbəbdən, Konstitusiyanın 85-ci maddəsinə əsasən onun deputat mandatına xitam verilib.
Mübariz Qurbanlı
IV çağırış Milli Məclisin üzvü olmuş Mübariz Qurbanlı 21 iyul 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilib. Həmin təyinatdan sonra Mərkəzi Seçki Komissiyası tərəfindən Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verilib.
Asəf Hacıyev
8 saylı Nizami ikinci seçki dairəsindən seçilən deputat Asəf Hacıyevin deputatlıq fəaliyyətinə 2015-ci ildə xitam verilib. Buna səbəb onun 9 dekabr 2014-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilməsi olub.
Muxtar Babayev
43 saylı Sumqayıt ikinci seçki dairəsinin deputatı M.Babayev 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər naziri təyin olunub. Bununla əlaqədar Muxtar Babayevin deputat mandatına xitam verilib.
Vüsal Hüseynov
91 saylı Ucar seçki dairəsinin deputatı V.Hüseynov da vaxtından əvvəl deputatlıq mandatını itirən millət vəkillərindəndir. O, 2018-ci ildə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunması əlaqədar parlamentdəki fəaliyyətini vaxtından əvvəl dayandırıb.
Fuad Muradov
34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən Fuad Muradov 2018-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra onun da deputat mandatına xitam verilib.
Rövşən Rzayev
101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisin deputatı seçilən Rövşən Rzayev 2018-ci ilin 21 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. Qanuna müvafiq olaraq Rövşən Rzayev deputat mandatını vaxtından əvvəl təhvil verib.
Elşad Həsənov
V (2015-2019-cu illər) çağırış Milli Məclisin deputatı Elşad Həsənov 12 noyabr 2019-cu ildə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib və qanunverici orqanda fəaliyyətini dayandırıb.
Rüstəm Xəlilov
Milli Məclisin V çağırış deputatı R.Xəlilov 4 dekabr 2019-cu il tarixli sərəncamla Hacıqabul rayonuna icra başçısı təyin olunduğu üçün deputat mandatını itirib.
Şahin Seyidzadə
Milli Məclisinin VI (2020-2025) çağırış deputatı Ş. Seyidzadə 3 mart 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunduğuna görə, deputat mandatına vaxtından əvvəl xitam verilib. Lakin Şahin Seyidzadə VII çağırış Milli Məclisə seçkilərdə yenidən namizəd olaraq, deputat seçilib. O, 23 sentyabr 2024-cü ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Valeh Ələsgərov
Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə Valeh Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin olunub. Həmin vaxt V.Ələsgərov V (2015-2019-ci illər) çağırış Milli Məclisin üzvü idi. Qanunvericiliyə müvafiq olaraq o, deputat mandatını itirib.
Eldəniz Səlimov
E. Səlimov iyulun 29-da Xaçmazdakı “Starıy Dvor” restoranında polis əməkdaşına zor tətbiq etdiyinə görə, Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, 2021-ci ilin avqustunda deputat mandatından məhrum edilib.
Ramin Məmmədov
2020-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı seçilmiş Ramin Məmmədov 2024-cü il aprelin 8-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub. 2024-ci il mayın 2-də isə onun deputat mandatına xitam verilib.
Ramil Həsən
Milli Məclisin VII çağırış deputatı Ramil Həsən bu ilin iyul ayında Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında təşkilatın yeni Baş katibi seçilib. Oktyabrın 15-də isə Mərkəzi Seçki Komissiyası Ramil Həsənin deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see288

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see275

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see240

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see235

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see235

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see230

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see229

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see225

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see214

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see207

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see206

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see205

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see196

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see195

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see191

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see189

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see184

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see182

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri