Icma.az
close
up
RU
Manna sıyığını teztez yeməyin BU SƏBƏBƏ GÖRƏ

Manna sıyığını teztez yeməyin BU SƏBƏBƏ GÖRƏ

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Manna yarması buğdadan hazırlanır. Manna yarması zülal, nişasta, В1, В2, В6, Е, PP  vitaminlərlə və mikroelementlərlə zəngindir, tez mənimsənilir, kalorilidir, insanı uzun müddət tox saxlayır.

Manna sıyığı cərrahi əməliyyatlardan sonra, mədə-bağırsaq xəstəlikləri və xroniki böyrək çatışmazlığı zamanı əvəzedilməz bir qidadır. Lakin artıq çəkisi olan, ateroskleroz və şəkərli diabet xəstəliklərindən əziyyət çəkən insanlar üçün bu sıyıq tövsiyə olunmur.

Saglamolun.az bildirir ki, hazırda pediatrlar 1 yaşına qədər olan uşaqlara da manna sıyığı verməyi tövsiyə etmirlər. Həkimlərin fikrinə görə 1 yaşına qədər olan uşaqların mədə-bağırsaq sistemi karbohidratları həzm etməyə hələ ki tam hazır deyil. Manna yarması isə  bir çox yarmalar kimi karbohidratlarla zəngindir.

Manna yarması “qlüten” adlandırılan zülalla da zəngindir. Bəzi uşaqlarda və hətta böyüklərdə də bu zülala qarşı irsi dözülməzlik olur. Bu dözülməzliyin fonunda seliakiya xəstəliyi inkişaf edir. Bu çox ciddi xəstəlikdir. Onun nəticəsində bağırsaqların selikli qişasi o dərəcədə nazikləşir ki, burada bütün qidalı maddələrin, o cümlədən yağların,  sovrulması pozulur. Vaxtında müalicə olunmadığı təqdirdə uşaq bu xəstəlikdən hətta həlak ola bilər.

Bundan əlavə manna yarmasında “fitin” adlı bir maddə vardır ki, bu maddə bağırsaqlarda kalsium, D vitamini və dəmirin sorulmasına mane olur. Uşaq orqanizmində dəmir çatışmazlığı səbəbindən dəmirdefisitli anemiya (qanazlığı) inkişaf edə bilər. Kalsium və D vitaminin çatışmazlığı isə raxit xəstəliyinə gətirib çıxarır.

Beləliklə, həkimlərin fikrinə əsasən, manna sıyığı 1 yaşından sonra olan uşaqlara vermək olar. Lakin 3 yaşına qədər olan uşaqlara bu sıyığı həftədə 1 dəfədən artıq vermək məsləhət görülmür.

35 yaşından yuxarı olan insanlara da tez-tez manna sıyığını yemək məsləhət görülmür. Bunun səbəbi isə, körpələrdə olduğu kimi, manna sıyığının orqanizmdə kalsiumun mənimsəməsinə mane olmasıdır. 35 yaşından sonra osteoporoz (sümüklərin sıxlığının azalması) xəstəliyi inkişaf etməyə başlayır və rasionda manna sıyıqlarının tez-tez olması bu xəstəliyin inkişafını sürətləndirə bilər. Osteoporoz xəstəliyinin ağırlaşmalarından biri tez-tez baş verilən sınıqlardır. Sınıqların ən təhlükəli olanı isə bud boynunun sınığıdır ki, yaşlı insanda əlilliklə və hətta ölümlə də nəticələnə bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri