Icma.az
close
up
RU
“Maqadan: Sonuncu Dayanacaq” kitabı təqdim olunub

“Maqadan: Sonuncu Dayanacaq” kitabı təqdim olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Qərbi Azərbaycan İcmasında (QAİ) yazıçı-publisist Binnət Əsgərin “Maqadan: sonuncu dayanacaq” kitabının təqdimat mərasimi keçirilib.

İcmadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda mübarizədə canlarından keçən şəhidlərin və repressiya qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli kitabın Azərbaycan tarixinin ağrılı səhifələrindən birinə həsr olunduğunu bildirib. Qeyd edib ki, əsərdə Sovet repressiyaları dövründə Sibirə, xüsusilə Maqadana sürgün edilən azərbaycanlıların taleyi geniş arxiv materialları əsasında araşdırılıb. Müəllif uzun illər ərzində Rusiyanın müxtəlif arxivlərində araşdırmalar aparıb, yüzlərlə sənəd və fotoşəkil toplayaraq ilk dəfə ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, kitab sürgün düşərgələrində insanların məruz qaldığı ağır şəraiti, mənəvi və fiziki əzabları bütün təfərrüatları ilə əks etdirir.

İcmanın İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında “Maqadan: sonuncu dayanacaq” əsərinin sadəcə tarixi araşdırma deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən mühüm nəşr olduğunu bildirib. Qeyd edib ki, kitabı oxuduqca repressiya qurbanlarının taleyi, onların yaşadığı faciələr və həmin dövrün acı həqiqətləri daha aydın görünür.

Azərbaycan xalqının çoxsaylı görkəmli ziyalılarının və elm adamlarının totalitar rejimin qurbanı olduğunu xatırladan Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc qeyd edib ki, onların həyat yolu və faciəli aqibəti bu gün də cəmiyyət üçün mühüm dərsdir. Onun sözlərinə görə, kitab həmin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, professor Paşa Musayev (Qəlbinur) çıxışında repressiyaların insan talelərində buraxdığı dərin izlərdən danışıb. Bildirib ki, sürgün edilən insanların əksəriyyəti ağır əmək düşərgələrində yaşamağa məcbur olub, onların bir çoxu Vətənə qayıda bilməyib. Professor kitabın tarixi həqiqətlərin öyrənilməsi və yaddaşlarda yaşadılması baxımından mühüm mənbə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də əsərin əhəmiyyətindən danışaraq müəllifin gördüyü tədqiqat işini yüksək qiymətləndiriblər.

Sonda kitabın müəllifi Binnət Əsgər çıxış edərək kitabın müxtəlif ölkələrin arxivlərində apardığı araşdırmalar, əldə etdiyi sənədlər və repressiya qurbanlarının ailələri ilə görüşlər əsasında ərsəyə gəldiyini bildirib. Binnət Əsgər kitabın əsas məqsədinin Sovet repressiyalarının qurbanı olmuş azərbaycanlıların taleyini işıqlandırmaq, onların xatirəsini yaşatmaq və tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq olduğunu diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri