MAQATE rəhbəri: Agentlik İran və ABŞ arasında körpü ola bilər
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.
MAQATE-nin direktoru Rafael Qrossi İrana səfəri çərçivəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşüb.
Görüşdən sonra mətbuata açıqlama verən Qrossi, "Bu gün cənab İslami ilə çox məhsuldar və konstruktiv görüş keçirdik. Dünən xarici işlər naziri cənab Ərakçi ilə də dərin və səmimi görüşümüz oldu. Bu görüşdə Agentliyin hazırkı danışıqlara necə töhfə verə biləcəyini qiymətləndirdik", - deyə qeyd edib.
ABŞ və İran arasındakı danışıqlar prosesinin çətinliyinə diqqət çəkən Qrossi, "Bu yol asan olmayacaq. Təbii ki, bəzi dairələr bu prosesin uğur qazanmasını istəməzlər. Bununla belə, sülh üçün səylərimizi davam etdirməliyik. Bizim üçün vacib olan, İranla prosesin sağlam şəkildə başa düşülməsinə töhfə verməkdir. Bu ölkənin gözləntilərinə hörmət edərək, Agentlik İran və ABŞ arasında körpü ola bilər və biz danışıqların müsbət nəticələnməsi üçün lazımi dəstəyi verəcəyik”,-deyə vurğulayıb.
Qrossi Agentliyin əsas vəzifələrindən birinin nüvə silahlarının yayılmasının qarşısını almaq olduğunu bildirərək, "Məqsədimiz İran da daxil olmaqla bütün ölkələrin bu texnologiyadan məhdudiyyətsiz faydalanmasını təmin etmək, eyni zamanda bu texnologiyanın yalnız dinc məqsədlər üçün istifadə olunmasını təmin etməkdir",-deyə əlavə edib.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 Aprel 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















