Icma.az
close
up
RU
MAQATE rəhbəri nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün İrana səfər edəcək

MAQATE rəhbəri nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün İrana səfər edəcək

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın günlərdə Tehranda olacağını və orada İranın nüvə proqramını səlahiyyətlilərlə müzakirə etməyi planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə “La Stamp”a qəzetinə müsahibəsində bildirib.

“Yaxın günlərdə rəhbərliklə danışıqların planlaşdırıldığı Tehranda olacağam. Proqramın həm keçmişini, həm də indiki mərhələsini tam aydın olmayan tərəflərini izah etmək üçün konkret təkliflərə ehtiyac var”, - deyə o qeyd edib.

MAQATE rəhbərinin sözlərinə görə, başlanğıc nöqtəsi ya əvvəlki çoxtərəfli saziş, ya da yeni proses ola bilər.“Mən hələ Tehranın mövqeyini bilmirəm, ona görə də bu görüşləri keçirmək mənim üçün çox vacibdir”, - deyə Qrossi bildirib. O xatırladıb ki, İranda sonuncu dəfə mayın əvvəlində helikopter qəzasında faciəvi şəkildə həlak olan prezident İbrahim Rəisi və xarici işlər naziri Əmir Abdullahianla əlaqəni bərpa edən zaman olub. Hazırkı səfərində isə o, prezident Məsud Pezeşkianla görüşməyə ümid edir.

Qrossi həmçinin qeyd edib ki, ABŞ Respublikaçı administrasiyasının (Donald Trampın prezident seçilməsindən sonra) “Co Bayden hökumətinin yanaşmalarından həmişə fərqli olan” yanaşmasını anlamaq lazımdır. “Hazırkı an həm ABŞ, həm də İran üçün keçid dövrüdür”, - deyə MAQATE rəhbəri qeyd edib.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün 2015-ci ildə İranla imzalanıb. Prezident kimi Tramp 2018-ci ildə ölkəni sazişdən çıxarmaq qərarına gəlib. Onun prezidentlik xələfi Demokrat Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.

2021-ci ilin aprelindən Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa Vyanada İran tərəfi ilə JCPOA-nın orijinal formada bərpası ilə bağlı danışıqlar aparıb və bir neçə raunddan sonra heç bir nəticə vermədən 2022-ci ilin noyabrında başa çatıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see261

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see226

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see212

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see205

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see174

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri