Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

Maqnit qasırğası nədir, fəsadlarından necə qoruna bilərik? ARAŞDIRMA

Maqnit qasırğası nədir, fəsadlarından necə qoruna bilərik? ARAŞDIRMA

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Geomagnetic storm”, yəni maqnit qasırğası... Demək olar, son illər bu termin mütəmadi olaraq işləndiyinə görə, hər kəsə tanışdır. Davamlı olaraq, maqnit qasırğası ilə bağlı xəbərdarlıqlar edilir, müəyyən fəsadlarının olduğu qeyd olunur.

Sfera.az bildirir ki, maqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində yaranan güclü günəş küləklərinin Yer kürəsinin maqnit sahəsinə təsir etməsidir. Günəş küləkləri maqnit sahəsi ilə qarşılıqlı əlaqəyə girəndə, Yerin maqnit sahəsində dəyişikliklər yaranır və bu, maqnit qasırğasına səbəb olur. Bu hadisələr radio rabitə sistemlərinə, peyklərə, elektrik şəbəkələrinə zərər verə bilər. 

Bəs maqnit qasırğasının insan orqanizminə fəsadları nələrdir?

Mütəxəssislər qeyd edirlər ki, maqnit qasırğalarının insan orqanizminə birbaşa fiziki zərər yetirdiyi elmi cəhətdən tam sübut edilməsə də, bəzi insanlarda ona qarşı həssaslıq müşahidə oluna bilər. Məsələn, bəzi insanlar maqnit qasırğaları zamanı baş ağrıları yaşayırlar. Bu, maqnit sahəsindəki dəyişikliklərin beyin fəaliyyətinə təsiri ilə izah olunur.

Yaxud maqnit qasırğaları zamanı yuxu rejimində problemlər, yuxusuzluq və ya yuxunun keyfiyyətində azalma yarana bilər. Araşdırmalara görə, maqnit qasırğaları zamanı ürək ritmində dəyişikliklərin, qan təzyiqində artımın, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda narahatlıq hissinin və risklərin artması da mümkündür. Bəzi insanlar maqnit qasırğası zamanı daha gərgin və əsəbi olurlar.  

Bu, emosional vəziyyətə və sinir sisteminə təsir göstərən faktor kimi qəbul edilir. Dəyişən maqnit sahəsi bəzi insanlarda diqqət və konsentrasiya çatışmazlığına da səbəb olur, xüsusən də gün ərzində yorğunluq hissi artarsa... Mütəxəssislər bildirirlər ki, bu fəsadlar hər kəsdə müşahidə olunmur və təsir səviyyəsi insandan insana fərqlidir.

Maqnit qasırğası ölümlərə səbəb ola bilərmi?

Bununla bağlı tibbi ekspertlər bildirirlər ki, maqnit qasırğasının birbaşa olaraq ölümlə nəticələnməsi elmi cəhətdən sübut edilməyib. Bu təbii hadisə insanların gündəlik həyatına müəyyən təsir edə bilsə də, ölümə səbəb olduğu barədə dəqiq sübutlar yoxdur. Lakin bəzi risk qruplarında, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda, maqnit qasırğaları zamanı ürək ritmində dəyişikliklər, təzyiqin artması və digər narahatlıqlar baş verə bilər. Belə hallarda, dolayısı ilə, qasırğa bu xəstəliklərin ağırlaşmasına və potensial olaraq sağlamlıq üçün ciddi risklər yaratmasına gətirib çıxarır.  Əsas risklər ürək xəstəlikləri, yüksək təzyiq və ya digər kroniki xəstəlikləri olan insanlarda müşahidə olunsa da, maqnit qasırğasının özü birbaşa ölümcül deyil.

Bəs maqnit qasırğasının fəsadlarından necə qorunaq?

Mütəxəssislərin fikrincə, maqnit qasırğaları zamanı ürək və qan təzyiqində dəyişikliklər ola biləcəyindən, xüsusilə ürək-damar problemləri olan insanlar müntəzəm olaraq təzyiqlərini yoxlamalı və həkim məsləhətinə uyğun dərmanlarını qəbul etməlidirlər. Yuxu pozğunluqlarının qarşısını almaq üçün gecə vaxtı sakit və rahat şəraitdə yatmaq, yuxu rejimini qorumaq önəmlidir. Yatmazdan əvvəl ağır yeməklərdən və elektron cihazlardan uzaq durmaq da faydalı ola bilər.

Həmçinin maqnit qasırğası zamanı su balansını qorumaq və sağlam qidalarla qidalanmaq orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərə, baş ağrıları və yorğunluğun qarşısını almağa kömək edə bilər. Maqnit qasırğaları zamanı əsəbilik və narahatlıq hiss olunduğuna görə, meditasiya, yoga, dərin nəfəs alıb-vermə kimi üsullarla stressi azaltmaq faydalıdır.  Mütəxəssislər qeyd edirlər ki, yüngül fiziki fəaliyyət, məsələn, gəzmək və ya evdə yüngül məşqlər də qan dövranını yaxşılaşdırmağa və stressi azaltmağa kömək edir. Həmçinin bu hadisə zamanı elektron cihazları minimal istifadə etmək və lazımsız elektromaqnit sahələrdən uzaq durmaq da faydalıdır.

Günay 
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri