Maqnus Karlsen Blits üzrə dünya çempionatında əsəbiləşərək rəqibini qorxudub VİDEO
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen 2025-ci il Blits üzrə dünya çempionatında hind şahmatçı Arcun Eriqaisiyə məğlub olmasına sərt reaksiya verib.
İdman.Biz-in məlumatına görə, oyunun gərgin sonluğunda norveçli qrossmeyster səhv edib və bundan sonra vəziri taxtadan götürərək emosional şəkildə yerə çırpıb. Karlsenin qəfil hərəkətləri masanın yanından keçən rusiyalı şahmatçı Aleksandr Qrişuku qorxudub.
Daha sonra Karlsen yumruğunu masaya vurub, rəqibinin əlini sıxıb, fiquru yerdən götürüb masanın üstünə qoyandan sonra oyun zonasını tərk edib.
Qeyd etmək lazımdır ki, əvvəllər Rapid üzrə dünya çempionatında Karlsen Vladislav Artemyevə məğlub olduqdan sonra operatoru emosional şəkildə yola salmaqla diqqət mərkəzinə düşmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Dekabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















