Icma.az
close
up
RU
Maqnus Karlsen: “FIDE ilə müharibə başlayıb İdman və Biz

Maqnus Karlsen: “FIDE ilə müharibə başlayıb İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Fikrimcə, FIDE ilə müharibə başlayıb. Onlarla əməkdaşlıq etmək istəmirəm”.

İdman.biz xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən rapid və blits üzrə dünya çempionatında “dress-kod” pozuntusuna görə diskvalifikasiya edilən Maqnus Karlsen deyib.

16-cı dünya çempionu yarış zamanı əynindəki cins şalvarı dəyişməkdən imtina etdiyi üçün 9 və 10-cu turların püşkatmasına qatılmayıb.

Karlsen 7-ci turda geyimlə bağlı xəbərdarlıq alıb və 200 dollar məbləğində cərimə olunub. O, ertəsi oyun günü tələb olunan geyimdə gələcəyinə söz verib, lakin hakimlər bununla razılaşmayıblar. Onlar belə olacağı halda turnirdən qovulacağı ilə bağlı qrosmeysteri xəbərdar ediblər.

Karlsen Norveç kanalı NRK-ya müsahibəsində yaşananlarla bağlı fikirlərini bölüşüb: "Mənə elə gəlir ki, FIDE ilə müharibə başlayıb. Bəli, mən uzun illərdir FIDE turnirlərində oynayıram. İndi onlarla əlaqəmin olmasını istəmirəm. Norveçdəki azarkeşlərimdən üzr istəyirəm. Bəlkə də bu, axmaq hərəkət idi, amma belə bir vəziyyətdə oynamaq düz deyildi”.

FIDE rəsmi bəyanat yayaraq, geyim qaydalarının "bütün şahmatçıların peşəkarlığını və dürüstlüyünü" nümayiş etdirdiyini vurğulayıb. Qrum bu qaydaların peşəkar idmançıların və ekspertlərin daxil olduğu FIDE İdmançılar Komissiyası tərəfindən qəbul edildiyini və onların uzun illər qüvvədə qaldığını bildirib.

Qeyd edək ki, Karlsen 8 turdan sonra 5 xalla turniri tərk edib. Maqnusun turnirdəki çıxışından məyus olduğunu vurğulayan FIDE-nin baş direktoru Emil Sutovski hadisəyə belə reaksiya verib: “2018-ci ildə qəbul edilmiş ilk variantla müqayisədə “dress-kod”la bağlı tələblər yüngülləşdirilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri