Icma.az
close
up
RU
Maradonanın oğlundan həkimlərə ağır ittihamlar

Maradonanın oğlundan həkimlərə ağır ittihamlar

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Argentinada əfsanəvi Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi davam edir.
Bu arada dahi futbol ulduzunun oğlu Dieqo Maradona Sinaqra diqqətçəkən açıqlamalar verərək atasının ölümündə həkimləri günahlandırıb.
''Football-plus.az'' xəbər verir ki, Maradona 2020-ci ilin noyabrın 25-də beyin əməliyyatı keçirdikdən və evə buraxıldıqdan bir neçə gün sonra ürəktutması üzündən dünyasını dəyişmişdi. Onun ölümü futbol dünyasında böyük üzüntü yaratmış və Argentinada 3 günlük matəm elan olunmuşdu.
7 həkimin ''ehtiyatsızlıq üzündən adam öldürmə'' maddəsi ilə məhkəməsi davam edir. Günahkar olduqları sübuta yetiriləcəyi təqdirdə onlara 8 ildən 25 ilədək həbs cəzası verilə bilər. İspaniya kanallarından birinə açıqlamalar verən Dieqo Maradona Sinaqra atasının ölümü ilə bağlı ağır ittihamlar səsləndirib:

''Məhkəmənin gedişatını diqqətlə təqib edirəm. Hər birimiz üçün çox çətin bir dönəmdi. Əsas çətinlik hələ irəlidədi. Amma psixoloji cəhətdən buna hazırıq. Məni ən çox üzən məqam odu ki, bu insanlar atamı öldürdülər. Bu, açıq-aydın görünür. Onlar ona yaxşı baxmadılar və lazımi səviyyədə qulluq göstərmədilər. Həyatda qalması üçün heç nə etmədilər. Müalicə prosesi düzgün aparılsaydı, atam indi burda bizim yanımızda əyləşərdi. Həkimlərin onun həyatda qalması üçün heç nə etməmələri faktını qəbul edə bilmirəm. Əminəm ki, məhkəmədə onların öz işinə məsuliyyətsiz yanaşdıqlarını sübut edə biləcəyik. Atamdan uzun illər istifadə edildi. Pulları mənimsənildi. Sonda ölümündən də kimlərsə, faydalandı. Səbəbini bilmirəm. Atamın həyatının son günlərində həkimlərin və onları təyin edən insanların hərəkətləri başqa cür düşünməyə imkan vermir''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Mart 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri