Maradonanın ölümü ilə bağlı bütün məhkəmə ləğv olundu
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Argentina məhkəməsi məşhur futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı bütün məhkəmə prosesini ləğv etmək qərarına gəlib. Bu iş üzrə məhkəmə əvvəldən başlayacaq.
Lent.az xarici mediaya istinadla bildirir ki, məhkəmə bu addımı 3 hakimdən biri Culieta Makintoş işdən kənarlaşdırdığı üçün atıb. Çünki hakim şahidləri dindirməklə yanaşı, bu səs-küylü işlə bağlı gizli şəkildə sənədli film də çəkib.
Bundan sonra Maradonanın uşaqları da daxil olmaqla 40-dan çox şahid yeni hakimlər kollegiyası qarşısında yenidən ifadə verməli olacaq. Yeni məhkəmə prosesinin dəqiq nə vaxt başlayacağı hələ məlum deyil.
Xatırladaq ki, Maradona 2020-ci ilin noyabrında paytaxt Buenos-Ayresdə ürək tutmasından vəfat edib. Bununla belə, prokurorluq hesab edir ki, müttəhimlər kürsüsündə olan həkimlər idmançının müalicəsində səhlənkarlıq ediblər.
Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi bu ilin martından davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 31 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















