“Maraqlanıb ki, niyə gec gəlib, sonra bu hadisə olub” Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ötən gün Samuxda ananın öz oğlu tərəfindən bıçaqlanmasının təfərrüatları məlum olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Əhmədbəyli kəndində qeydə alınıb.
Belə ki, 46 yaşlı Elnurə Ələkbərova evə gec gələn 20 yaşlı oğlu Raul Ələkbərovla mübahisə edib. Mübahisə zəminində gənc oğlan anasına bıçaqla xəsarət yetirib. Qadın dərhal Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib.
Qonşuların bildirdiyinə görə ailədə əvvəllər problem olmayıb:
“İşdir də, olub. Yaxşı qonşu, təmiz ailədirlər. Anadır, oğlunun niyə gec gəlməsi ilə maraqlanıb, sonra bu hadisə olub. Uşaq özü də gündəlik işlərdə çalışır”.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 Mart 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















